Kanadada zəlzələ baş verib

Kanadada zəlzələ baş verib
08:21 25 Aprel 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın qərb sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.

Xəbərdə bildirilir ki, Kanadanın Britiş Kolumbiya ştatının şijmal sahilində yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentri Bella-Bella məntəqəsindən 182 km cənub-qərbində, zəlzələ ocağı 10 km-ə yaxın dərinlikdə yerləşib.

6.2 bal gücündə olan yeraltı təkanlar ABŞ-ın da bəzi ştatlarında hiss edilib.

Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR