Böyük Britaniyanın Essex Universitetində ilk Avropa Oyunlarının tanıtımı olub

Böyük Britaniyanın Essex Universitetində ilk Avropa Oyunlarının tanıtımı olub
08:38 25 Aprel 2015
77 İdman
Ölkə mətbuatı
A- A+


London, 25 aprel, AZƏRTAC
Böyük Britaniyanın Essex Universitetində azərbaycanlı tələbələrinin təşəbbüsü, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Baku-2015” ilk Avropa Oyunlarının tanıtımı keçirilib.
Universitetin şəhərciyində təşkil edilən stenddə “Baku-2015” ilk Avropa Oyunları ilə əlaqədar ingilis dilində nəşr edilən reklam-çap məhsulları, broşuralar, jurnallar və.s nümayiş etdirilib.
Tədris mərkəzində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin üzvləri müxtəlif ölkələrdən olan tələbələrə İlk Avropa Oyunları və ölkəmizdə keçiriləcək digər mötəbər idman tədbirləri haqqında ətraflı məlumat veriblər.
Tanıtım kampaniyası tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanıb.

Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_Britaniyanin_Essex_Universitetinde_ilk_Avropa_Oyunlarinin_tanitimi_olub-849670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR