Bakıda "Range Rover" 27 yaşlı piyadanı vurdu

Ötən gecə paytaxtda "Range Rover" markalı avtomobil piyadanı vurub.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib.

"BolMart" supermarketinin qarşısında ağ rəngli "Range Rover" markalı avtomobil piyada, 1991-ci il təvəllüdlü Tural Məmmədovu vurub. Sürücü piyadanı vurduqdan sonra hadisə yerindən qaçmaq istəsə də, digər avtomobillə toqquşub.

Hadisə nəticəsində T.Məmmədli kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Klinikadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır dəyərləndirilir.

Azərbaycanın ƏN YARAŞIQLI KİŞİ müğənnisi - Bakıda maraqlı SORĞU / Video - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR