Kafedə kompyuterlər dayandı, hamı pulsuz qəhvə içdi

Kafedə kompyuterlər dayandı, hamı pulsuz qəhvə içdi
09:01 25 Aprel 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın soyuq şimal hissəsində insanlar həm pulsuz qəhvə ilə isinib, həm də cibləri bayram edib.

ANS PRESS-in məlumatına görə, “Starbucks” kafesinin müştəriləri kompyuterlərin dayanması nəticəsində qəhvələri üçün pul ödəməyiblər.

Söhbət minlərlə amerikalıdan gedir. Belə ki, Tvitter sosial şəbəkəsində sevinc hissi ilə şirkətə minnətdarlıq bildirən minlərlə amerikalının məsajı var.

Lakin bəzi müştərilər isə şikayət bildiriblər. Onlar kompyuterlərin dayanması nəticəsində kafenin tez bağlanmasından narazı olublar.

Şirkət kompyuterlərdə olan səhvə görə üzr istəyib və bildiriblər ki, texniki nasazlıq müştərilərə adi qaydada xidmət göstərməyə mane olmayacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=340342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR