Böyük Britaniyanın universitetində Avropa Oyunlarının təqdimatı olub - FOTO

Böyük Britaniyanın universitetində Avropa Oyunlarının təqdimatı olub - FOTO
09:27 25 Aprel 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Essex Universitetində azərbaycanlı tələbələrinin təşəbbüsü, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Baku-2015” ilk Avropa Oyunlarının tanıtımı keçirilib.

Trend-in məlumatına görə, universitetin şəhərciyində təşkil edilən stenddə “Baku-2015” ilk Avropa Oyunları ilə əlaqədar ingilis dilində nəşr edilən reklam-çap məhsulları, broşuralar, jurnallar və.s nümayiş etdirilib.

Tədris mərkəzində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin üzvləri müxtəlif ölkələrdən olan tələbələrə İlk Avropa Oyunları və ölkəmizdə keçiriləcək digər mötəbər idman tədbirləri haqqında ətraflı məlumat veriblər.

Tanıtım kampaniyası tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanıb.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR