Bakı. 25 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti dəyişməyib və əvvəlki gün olduğu kimi 57,74 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də artım qeydə alınıb. "Brent" markalı neftin bir barelinin qiyməti 0,17 dollar yaxud 0,26% azalaraq 64,85 dollar olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 66 dollar/barel olacağı gözlənilir.