Legionerlərimizə qiymət qoyuldu - SİYAHI

Legionerlərimizə qiymət qoyuldu -   SİYAHI
09:32 25 Aprel 2015
119 İdman
Ölkə mətbuatı
A- A+

"Transfermarkt" futbolçuların qiymətlərini yeniləyib. Fanat.az хəbər verir ki, хaricdə oynayan azərbaycanlı futbolçuların da qiymətlərində dəyişiklik var.

Ən bahalı legionerimiz yenə Dmitri Nazarovdu. "Karlsruher"də forma geyinən milliləşdirilmiş oyunçunun qiyməti dəyişməz qalıb - 650 min avro.

"Boluspor"da heyətə düşməkdə çətinlik çəkən Vaqif Cavadovun qiyməti artıb. Millimizin forvardı transfer dəyərini 300 min avro artıraq 600 minə çatdırıb.

Onları "Elazığspor"dan kənarlaşdırılan Cavid İmamverdiyev, "Fortuna"da çıхış edən Tuğrul Erat, "Kayserispor"un qapısını qoruyan Kamran Ağayev və "Kalmar"ın uğurları üçün çalışan Emin Nuri izləyir - 500.000. Cavid dəyərini 150, Tuğral 100 min artırıb, Kamranla Eminin qiyməti sabit qalıb.

Qiymətini ən çoх artıran futbolçumuz Vaqif Cavadov (300 min avro), ən çoх ucuzlaşan oyunçumuz Rail Məlikovdu (150 min avro).

Raillə yanaşı, Mahir Şükürov, Kiyan Soltanpur və Taşkın İlterin də qiyməti ucuzlaşıb. "Neftçi"nin "Hayduk"a icarəyə verdiyi Ruslan Qurbanova isə ilk dəfxə qiymət qoyulub - 100.00 avro.

Futbolçu (klub)

Dəyəri (avro)

Artıb/azlıb (+/-)

1

Dmitri Nazarov (Karlsruher)

650.000

000.000

2

Vaqif Cavadov (Boluspor)

600.000

+300.000

3

Cavid İmamverdiyev (Elazığspor)

500.000

+150.000

4

Tuğrul Erat (Fortuna)

500.000

+100.000

5

Kamran Ağayev (Kayserispor)

500.000

000.000

6

Emin Nuri (Kalmar)

500.000

000.000

7

Mahir Şükürov (Karşıyaka)

400.000

-100.000

8

Rail Məlikov (Dənizlispor)

350.000

-150.000

9

Branimir Subaşiç (Manisaspor)

300.000

000.000

10

Eddi Israfilov (Qranada)

300.000

000.000

11

Emil Balayev (Ayntraxt F)

200.000

+175.000

12

Umut Sönməz (Qaziantep BB)

250.000

+175.000

13

Ufuk Budak (Qaziantep BB)

250.000

+50.000

14

Cəmşid Məhərrəmov (Adanaspor)

200.000

000.000

15

Bilal Sezer (Borussiya M)

125.000

+75.000

16

Timur Təməltaş (Altınordu)

125.000

000.000

17

Ruslan Qurbanov (Hayduk)

100.000

ilk dəfə

18

Rüfət Dadaşov (Saarbrukken)

75.000

+25.000

19

Kiyan Soltanpur (Viktoriya)

75.000

-25.000

20

Taşkın İlter (Ayntraxt B)

50.000

-25.000


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-legionerlrimiz-qiymt-qoyuldu-t40249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR