Prezident ona meyvə atana ev verdi

Prezident ona meyvə atana ev verdi
09:36 25 Aprel 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela prezidenti Nikolas Maduro ona manqo atan qadına ev verib.

ANS PRESS-in məlumatına görə, bu barədə The Guardian yazır.

Məsələ burasındadır ki, qadın atdığı manqonun üstündə prezidentə məktub yazıb və yaşadığı pis vəziyyətdən şikayət edib.

Vəziyyətlə əlaqədar prezidentin açıqlaması da maraqlı olub. O bildirib ki, qadın prezident sarayına çağrılanda qorxuya düşüb.

“Marleni Olivonun evlə bağlı problemi olub. Biz onu çağırdıq. Qadın əvvəlcə çox qorxub və eşitdiklərinə inanmayıb. Marleni Venesuelanın böyük yaşayış missiyası çərçivəsində ev verilməsinə razılıq vermişəm”- deyə Maduro bildirib.

Bundan əlavə prezident ona atılan meyvəni yeyəcəyinə də söz verib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=340343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR