İranda yaralanmış Azərbaycan vətəndaşları ölkəyə qayıdıb

İranda yaralanmış Azərbaycan vətəndaşları ölkəyə qayıdıb
09:38 25 Aprel 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

İran, Tehran, 25 aprel /Trend, müxbir Təmkin Cəfərov/

İranda yol-nəqliyyat hadisəsi nəticəsində yaralanmış 3 Azərbaycan vətəndaşı ölkəyə qayıdıb. Bunu bu gün Trend-ə Germi Şəhər Təcili Tibbi Yardım Xidmətindən bildiriblər.

Mərkəzdən bildiriblər ki, qəza cümə axşamı Ərdəbil əyalətinin Germi-Ərdəbil magistral yolunda baş verib. Qəzada 3 Azərbaycan vətəndaşı xəsarət alıb. Təcili Yardım Xidməti xəsarət almış şəxslərin kimliyini açıqlamayıb.

Qeyd edək ki, hadisə zamanı avtomobilin iranlı sürücüsü ağır xəsarət alıb və hazırda xəstəxanda müalicə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR