Neftin qiymətində rekord

Neftin qiymətində rekord
08:42 25 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“Brent” markalı neftin 1 barelinin qiyməti 0.43 dollar (0.66%) bahalaşıb
Neftin dünya bazarlarında qiyməti dəyişib.

Anspress-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində rekord göstərici qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.59 dollar (1.02%) azalaraq 57.15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.43 dollar (0.66%) bahalaşaraq 65.28 dollar olub. Bu, 2015-ci ildə neftin çatdığı ən yüksək qiymət kimi göstərilir.

Qeyd edək ki, "Bloomberg" dünya bazarında neftin ucuzlaşmasından sonra ABŞ, Avropa və Asiya ölkələrinin neftin satışından 900 milyard dollar gəlir əldə etdiyini, Rusiya və Yaxın Şərq ölkələrinin isə 218 milyard və 357 milyard dollar itki ilə üzləşdiyini açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/336526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR