Səfir: “ İndiyə qədər Azərbaycanla Çexiya təşkilatları iki milyard dollarlıq müqavilələr imzalayıb”

10:07 25 Aprel 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 25 Aprel 2015 10:02 ]


Bakı. Ülkər Bəkirli - APA. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Çexiyanın Karlov universitetində “Azərbaycan: tarix və miltikulturalizm” mövzusunda mühazirə oxuyub.

 
APA-nın Çexiya mətbuatına istinadən verdiyi məlumata görə, səfir çıxışda Azərbaycanla Çexiya arasında siyasi, iqtisadi və təhsil əlaqələrindən danışıb.
 
F.Şəfiyev qeyd edib ki, Çexiya və Azərbaycan siyasi və iqtisadi münasibətlərin inkişafını prioritet seçib: “Çexiya şirkətləri bizim üçün çox maraqlıdır. İndiyə qədər Azərbaycanla Çexiya təşkilatları iki milyard dollarlıq müqavilələr imzalayıb. Son müqavilələrdən biri Bakı-Tbilisi avtomobil yolunun tikintisi üçün "Moravia Steel" şirkəti ilə imzalanıb. Bu, mühüm layihədir. Siyasi səviyyədə də bizim daimi dialoqumuz var”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR