Bakı. 25 aprel. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında inşa olunan yarımtikilidə baş verib.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub və yanğının söndürülməsi istiqamətində iş aparılır.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.











