TQDK-nın daha bir bölməsi yarana bilər - TƏKLİF

TQDK-nın daha bir bölməsi yarana bilər - TƏKLİF
10:39 25 Aprel 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Qəbələdə vətəndaşlarla görüşüb. Qurumdan Lent.az-a verilən məlumata görə, qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Şəki rayon sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.  

Görüş zamanı vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul, əvvəlki illərin məzunu olan və hərbi xidmətə çağırış yaşı tamam olmuş oğlan abituriyentlərin sənəd qəbulu prosesində iştirakı, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarına dair izahedici materialların dərc olunmasına dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. 

Vətəndaşlar həmçinin TQDK-nın Qəbələ şəhərində regional bölməsinin yaradılmasını və ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər üçün SQK-ların sayının artırılmasını təklif ediblər.

Bütün müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR