Mourinyodan qalmaqallı açıqlama

Mourinyodan qalmaqallı açıqlama
09:41 25 Aprel 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Arsenal" matçı öncəsi qalmaqallı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, portuqaliyalı mütəxəssis qarşılaşmadan bir gün öncə təşkil edilən mətbuat konfransında həmkarı Arsen Vengeri rəqib saymadığını söyləyib.
 
Mourinyo rəqiblərinin Venger deyil, "Arsenal" olduğunu diqqətə çatdırıb: "Mənim üçün əhəmiyyətli matçdır. Venger mənim rəqibim deyil. Mənim də çalışdığım şəhərdə böyük bir kluba rəhbərlik edən məşqçidir. "Arsenal" bizimlə eyni hədəfləri daşıyan klubdur", - deyə Mourinyo deyib.

Qeyd edək ki, Premyer Liqanın ilk yarısında baş tutan matçda Mourinyo və Venger arasında gərginlik yaşanmışdı. Qarşılaşmanın 20-ci dəqiqəsində "Çelsi"li Kehıl sərt müdaxiləyə görə Sançezə reaksiya göstərmişdi. Bu epizoda görə iki komandanın məşqçiləri mübahisə etmiş, daha sonra Venger həmkarını əli ilə itələmişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=340362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR