Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur

Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, layihə çərçivəsində 12 avtobus dayanacağı inşa ediləcək. Yol boyu hərəkətin norma təşkili üçünsə 66 yol nişanı, 22 km göstəricisi və 660 siqnal dirəyi quraşdırılacaq, 87 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 26 km-lik hissəsinin yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətinə gediş-gəlişi asanlaşaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR