"Səni deyirlər" mahnısının ifaçısı Bakıya gəldi

“Səni deyirlər” mahnısı ilə Azərbaycanda məşhurlaşan İbrahim Əlizadə Bakıdadır.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, cənubi azərbaycanlı müğənni bu gün baş tutacaq IX Beynəlxalq “The First” mükafatlandırma mərasimində iştirak edəcək.

Bu barədə tədbirin təşkilatçısı Xəyal Rza məlumat verib:

"Çox dedilər "səni deyirlər, məni deyirlər", mən də dedim, dəvət edim, görək kimi deyirmiş?! Təkcə "Urmunun dəryası" sözündən sonra cəsarətlə "qurutdular da" deməsi yetərlidir ki, onun Urmiyə sevdasını, Azərbaycan sevdasını anlamış olaq.

Milyonlarla insanın dinlədiyi və sevdiyi məşhur "Səni deyirlər" mahnısını ifa edən İbrahim Əlizadə IX Beynəlxalq "The First" Mükafatlandırma mərasimində iştirak üçün artıq dəvətimizlə Bakıdadır"!

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR