Mobil operatorlar 9 ayda 646 milyon manat gəlir əldə edib

2018-ci ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 357,2 milyon manatlıq xidmət göstərib.

Metbuat.az statistik məlumatlara istinadən xəbər verir ki, göstərilən xidmətin 72,5 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 47,6 faizi və ya 646 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR