Azərbaycanda evdən 50 min apardılar

Azərbaycanda evdən 50 min apardılar
12:21 13 Yanvar 2015
205 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda evdən 50 min manat pul aparıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, oğurluq hadisəsi yanvarın 4-də İsa Alışanovun evindən edilib.

Belə ki, naməlum şəxslər 50000 manat, 3000 manat dəyərində qızıl əşyalarını və 2 ədəd ov tüfəngini quldurluq yolu ilə aparıblar.

Baş Cinayət-Axtarış İdarəsi, Göygöl RPŞ və Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Üçbulaq kənd sakini Elmidar Mirişov, Neftçala rayon sakini Qorxmaz Manafov və Şabran rayon sakini Qərib Dostəliyev tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR