Vulkan külü Argentinaya çatdı

Vulkan külü Argentinaya çatdı
09:56 25 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Çilinin cənubunda uzun müddət sonra baş verən vulkan püskürməsi fəsadlara səbəb olub. Paytaxt Santyaqonun cənubunda yerləşən Kalbuko vulkanı kül püskürməyə davam edir.

ANS PRESS-in məlumatına görə, püskürmə nəticəsində 20 kilometr hündürlüyə kül və toz qatı yayılıb. Ərazidə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Təhlükəli zonadan 5000-dən çox sakin təxliyyə edilib. Kalbuko vulkanı ümumilikdə 9 dəfə partlayıb. Ən son partlayış isə 1972-ci ildə qeydə alınmışdı.

Çilidə oyanan Kalbuko vulkanının püskürdüyü kül Argentinanın Bariloçe şəhərinə də çatıb. Yerli hökumət nümayəndələrinin sözlərinə görə, vulkan külünün Bariloçedəki yaşayış məntəqələrinə çatması səbəbindən Luis Kandelaria adına beynəlxalq hava limanında aviareyslər təxirə salınıb. Bölgədəki təhsil müəssisələrində dərslər də dayandırılıb, dövlət müəssisələrinin işində fasilələr yaranıb.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR