Mourinyodan qalmaqallı açıqlama

Mourinyodan qalmaqallı   açıqlama
09:57 25 Aprel 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Arsenal" matçı öncəsi qalmaqallı açıqlama verib. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşmadan bir gün öncə təşkil edilən mətbuat konfransında həmkarı Arsen Vengeri rəqib saymadığını söyləyib.
 
Mourinyo rəqiblərinin Venger deyil, "Arsenal" olduğunu diqqətə çatdırıb: "Mənim üçün əhəmiyyətli matçdı. Venger mənim rəqibim deyil. Mənim də çalışdığım şəhərdə böyük bir kluba rəhbərlik edən məşqçidi. "Arsenal" bizimlə eyni hədəfləri daşıyan klubdu".

Qeyd edək ki, Premyer Liqanın ilk yarısında baş tutan matçda Mourinyo və Venger arasında gərginlik yaşanmışdı. Qarşılaşmanın 20-ci dəqiqəsində "Çelsi"li Kehıl sərt müdaxiləyə görə Sançezə reaksiya göstərmişdi. Bu epizoda görə iki komandanın məşqçiləri mübahisə etmiş, daha sonra Venger həmkarını əli ilə itələmişdi.//anspress

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mourinyodan-qalmaqall-t40251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR