Xorvatiyada zeytun yığımı üzrə dünya çempionatı keçirilib

Xorvatiyanın Braç adasında zeytun yığımı üzrə ikinci dünya çempionatı keçirilib.

Metbuat.az xəbər verir ki, yarışda 11 ölkə iştirak edib.

Ötən ildə olduğu kimi, bu il də Xorvatiya komandası qalib olub. Komanda 67 kiloqram zeytunu 45 dəqiqəyə yığıb. Monteneqro komandası 56 kiloqram yığmaqla ikinci olub. Üçüncü yeri Sloveniya, sonuncu yeri isə Böyük Britaniya komandaları (hər iki komanda 37 kiloqram yığıb) tutub.

Xorvatiyalı Cakşa Qospadenik bildirib ki, onlar zeytunların yığımı üçün xüsusi texnikadan istifadə edirlər və bu, onlara qalib olmağa yardım edib.

Qeyd edək ki, Braç adası Xorvatiyanın ən çox zeytun yağı istehsal edən regiondur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR