FHN Akademiyasında hərbi vətənpərvərlik tərbiyəsi, hərbi təhsilə marağın artırılması məqsədilə tədbir keçirilib

11:02 25 Aprel 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Aprel 2015 10:55 ]


Bakı. Ağa Cəfərli - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, habelə hərbi təhsilə marağın artırılması məqsədilə xüsusi təyinatlı təhsil müəssisələrində görüşlərə başlayıb.

 

APA-nın məlumatına görə, ilk tədbir bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilib.

 

Görüşə Bakının Səbail, Qaradağ, Xəzər, Suraxanı rayonlarından təhsildə fərqlənən 100-ə qədər yuxarı sinif şagirdi cəlb olunub.

 

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, yeniyetmələrdən, gənclərdən bəziləri dövlət rəmzləri, tarixi torpaqlarımız haqqında lazımı bilgilərə sahib deyillər. Belə tədbirlərin keçirilməsi bu cür halların aradan qaldırılması baxımından xüsusi əhəmiyyətə malikdir.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Azər Babayev çıxış edərək rayonlarında hərbi vətənpərvərlik təbliğatı ilə bağlı bir çox tədbirlərin keçirildiyini, bu işin bundan sonra davam etdiriləcəyini söyləyib.  

 

Daha sonra akademiya ilə bağlı videoçarx nümayiş etdirilib.

 

Şagirdlər akademiyada yaradılan şərait, tədris prosesi ilə əyani tanış olublar, eləcə də onları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən analoji tədbirlər digər təhsil müəssisələrində davam etdiriləcək.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR