Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Sadınlar obasının daxili avtomobil yolları təmir ediləcək

Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Sadınlar obasının daxili avtomobil yolları təmir ediləcək
11:08 25 Aprel 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+


 
Ağcabədi, 25 aprel, AZƏRTAC
Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar və Hacılar obalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov məcburi köçkünlərə göstərilən dövlət qayğısından, sosial rifah və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində aparılan geniş quruculuq və abadlıq işlərindən danışıb.
Görüşdə məcburi köçkünlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin qısa zamanda həlli üçün tapşırıqlar verilib. Bildirilib ki, tezliklə Sadınlar obasının daxili avtomobil yollarının təmiri ilə bağlı layihənin icrasına başlanılacaq.
Məcburi köçkünlər onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lachinli_mecburi_kochkunlerin_meskunlasdiqlari_Sadinlar_obasinin_daxili_avtomobil_yollari_temir_edilecek-849684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR