İslam Kərimov: “Özbəkistan heç vaxt keçmiş SSRİ-nin bənzəri olan birliklərə qoşulmayacaq”

12:22 13 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 12:17 ]


Bakı - APA. Özbəkistan heç vaxt keçmiş SSRİ-nin bənzəri olan birliklərə qoşulmayacaq.

 

APA-nın 12news.uz-a istinadən xəbərinə görə, bu bəyanatla Özbəkistan prezidenti İslam Kərimov ölkənin yeni seçilmiş parlamentinin aşağı palatasının ilk iclasında çıxış edib.

 

Onun sözlərinə görə, hazırda bəzi ölkələrdə ittifaq dövlətinin keçmiş sovet sisteminə qayıdış cəhdləri müşahidə olunur: “Bəzi xarici telekanallarda Lenin və Stalin çağlarının, SSRİ dövrünün təriflənməsi nəzərə çarpır. Biz bu cür yanaşmanı qəbul edə bilmərik. Bizim xalqın istəklərinə cavab verən öz yolumuz var. Bir daha qeyd etmək istəyirəm ki, bu cür keçmişə qayıdış olmayacaq”.

 

İ.Kərimov Özbəkistanın Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşulmayacağını, eləcə də hərbi-siyasi bloklara üzv olmayacağını bəyan edib: “Özbəkistan ərazisində hərbi baza və obyektlər də yerləşdirilməyəcək. Bunu 2012-ci ildə qəbul edilmiş ölkənin xarici siyasət fəaliyyətinin konsepsiyası da diktə edir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR