Bakıda ticarət obyektlərinin satışı azalıb - CƏDVƏL

Bakıda ticarət obyektlərinin satışı azalıb - CƏDVƏL
11:12 25 Aprel 2015
131 Sosial
Ölkə mətbuatı
A- A+

Bu ilin mart ayı ərzində qeyri-yaşayış sahələri bazarında "MBA Consulting Group" şirkəti tərəfindən aparılan monitorinqin nəticələrinə görə, mart ayı cari ilin əvvəlki ayları ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması ilə yadda qaldı ki, buna da əsas səbəb kimi ticarət obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsini göstərmək olar.

Trend-in "MBA Consulting Group"a istinadən verdiyi məlumata əsasən, ümumilikdə, cari ilin mart ayı ərzində qiymətlərin azalması ilə yanaşı, ümumi satış portfelində təkliflərin sayının da ciddi şəkildə azalması baş verib. Fevral ayında ölkədə baş verən devalvasiya nəticəsində mart ayında ticarət obyektləri bazarında vəziyyət xeyli passivləşib. Hesabat dövründə daşınmaz əmlak alqı-satqısı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq, bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb.
 
Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində 5% azalaraq 192 ədəddən 182 ədədə enib. Ticarət obyektləri bazarında bağlanan əqdlərin sayı mart ayında 75 ədəd təşkil edib.
 
Satış məqsədilə bazara təklif olunan ticarət obyektlərinin həcmində əsas paya 70%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq, 14% və 10% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 5.2%-nə malikdir. Zirzəmi təyinatlı obyektlər isə ümumi payın 0.8%-ni təşkil edir.
 
Qeyri-yaşayış obyektlərinin orta sahəsi mart ayı üçün 236.4 kv.m təşkil edib ki, bu da öz növbəsində, əvvəlki aya nisbətən 24% çoxalıb. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə kimi Nərimanov rayonunda, "Montin" adlanan ərazidə “boş yer” təyinatlı sahə qeydə alınıb - 2500 kv.m. Ən az sahə kimi isə Nərimanov rayonunda, “Nəriman Nərimanov” m/st yaxınlığında 18 kv.m sahəyə malik mağaza qeydə alınıb.
 
Əvvəlki aylarla müqayisədə cari ilin mart ayı ərzində ticarət obyektləri satışı bazarında müşahidə edilən azalma dinamikası orta qiymətə də təsir edib. Mart ayı üçün bazarda orta satış qiyməti əvvəlki ayla müqayisədə -15.17% azalaraq 3748 $/kv.m, AZN ilə isə 13.56% artaraq 3935 AZN/kv.m təşkil edib. Mart ayında aktivliyin azalması, obyektlərin satışının ekspozisiya müddətinin artmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 188 gün təşkil edib.
 
2015-ci il mart аyındа qеyri-yаşаyış sаhələrinin аlqı-sаtqısı qiymətlərinin azalması ilə yanaşı, obyektlərin icаrəsi bаzаrındа da qiymətlərin azalması müşаhidə еdilib. Bаkı şəhəri üzrə 1 kv.m qеyri-yаşаyış sаhəsinin orta icarə qiyməti 14.35 $/kv.m. ay təşkil edib. Ay üzrə qiymət indeksi ötən ilin müvafiq ayı ilə müqayisədə 20%, ötən fevral ayı ilə müqayisədə isə 15% azalaraq 5.25 bənddə qərarlaşıb.
 
Qiymətlərin azalması son ayda zonalar üzrə də müşahidə edilib. Aydın səbəblərdən ümumilikdə USD məzənnəsi ilə qiymətlərdə enmə müşahidə edilsə də, milli valyuta olan AZN məzənnəsi ilə isə qiymətlərdə artım qeydə alınıb.
 
Zonalar
2015-ci il fevral
2015-ci il mart
Aylıq dəyişmə %
 
AZN
USD
AZN
USD
AZN
USD
I zona
4957,4
6320
5212,2
4964
5,1
-21,46
II zona
3994,9
5093
4300,8
4096
7,7
-19,58
III zona
2681,9
3419
3011,4
2868
12,3
-16,12
IV zona
1031,5
1315
1253,7
1194
21,5
-9,2
Orta qiymət
3166,425
4036,75
3444,525
3280,5
11,65
-16,59

Qеyri-yаşаyış sаhələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:
 
Sahələr
2015-ci il fevral
2015-ci il mart
Aylıq dəyişmə %
 
AZN
USD
AZN
USD
AZN
USD
Mağaza
5088
6486
5417
5159
-20
6,5
Yer
3318
4230
3558
3389
-20
7,2
Xidmət
3139
4002
3170
3019
-25
1
Ofis
2290
2919
2252
2145
-27
1,6
Zirzəmi
824
1050
1103
1050
0
0
Sənaye
541
690
725
690
0
0
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR