Tərtərdə keçirilən intellektual oyunda 10 ümumtəhsil məktəbinin komandası iştirak edib

Tərtərdə keçirilən intellektual oyunda 10 ümumtəhsil məktəbinin komandası iştirak edib
11:13 25 Aprel 2015
443 Ölkə
Ölkə mətbuatı
A- A+


 
Tərtər, 25 aprel, AZƏRTAC
Tərtər şəhər 2 nömrəli məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ümumtəhsil məktəbləri arasında rayon çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsi, təhsil şöbəsi və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı ilə birgə keçirdiyi yarışda 10 ümumtəhsil məktəbinin komandası iştirak edib.
Gərgin mübarizə şəraitində keçən çempionatda daha güclü oyun nümayiş etdirən şəhər 2 nömrəli məktəb-liseyin komandası birinci, Seydimli kənd tam orta məktəbinin komandası ikinci, 1 nömrəli tam orta məktəbin komandası üçüncü yeri tutub. Şəhər 2 nömrəli məktəb-liseyin komandası mayın 17-də Mingəçevir şəhərində keçiriləcək “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak etmək üçün vəsiqə qazanıb.
Qalib komandalara rayon təhsil şöbəsinin fəxri fərmanrarı verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterde_kechirilen_intellektual_oyunda_10_umumtehsil_mektebinin_komandasi_istirak_edib-849685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR