Fransa Prezidenti Fransua Ollandın Azərbaycana işgüzar səfəriAzərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü

10:18 25 Aprel 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandı qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirildi. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulandı. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirildi və bunun üçün böyük imkanların mövcudluğu qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğu ifadə etdi.
Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fransa_Prezidenti_Fransua_Ollandin_Azerbaycana_isguzar_seferiAzerbaycan_Prezidenti_Ilham_Aliyevin_ve_Fransa_Prezidenti_Fransua_Ollandin_gorusu-849691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR