"Bədənimi göstərməyi sevirəm" (FOTO)

"Bədənimi göstərməyi sevirəm" (FOTO)
10:21 25 Aprel 2015
627 Sosial
Ölkə mətbuatı
A- A+

Modellər ideal bədən ölçüləri ilə seçilirlər. Biz adətən onları hündürboy 90-60-90 ölçülərində görməyə öyrəşmişik. Lakin Tess Munster hamıdan fərqlənir. Amerikalı model digərlərindən öz bədən ölçüləri ilə seçilir.

ANS PRESS-in məlumatına görə, 29 yaşlı gənc qızın bədən ölçüsü XXL-dir. Cəmi 165 sm boyu olan Tess müsahibələrində xarici görünüşündən utanmadığını, əksinə, bədənini nümayiş etdirməyi sevdiyini bildirir.

İndi Tess Munster öz oğlu və nişanlısı ilə birlikdə yaşayır. O, tanınmış model agentliklərindən biri ilə əməkdaşlıq edir. "Vogue" jurnalı isə onu "plus ölçülü" modellər arasında "nömrə 1" adlandırıb.

Bununla belə, böyük ölçülü modeli qınayanlar da var. Bir çoxlarının fikrincə, bu çəkilərlə modellik etmək düzgün deyil. Lakin Tess bu qınaqlara fikir vermir, əksinə, belə sözlərdən daha da ilhamlandığını deyir.













Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=42&nid=340206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR