Çanaqqala Zəfərinin 100-cü il dönümü ilə bağlı mərasimlərdən birində gözlənilməz hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, Fransız abidəsinin qarşısında təşkil olunan bir mərasimdə dövlət rəsmiləri çıxış edib. Çıxışlardan sonra çələng qoyma mərasimi başlayıb.
Fransa müdafiə naziri, Türkiyənin Avropa İttifaqı (Aİ) məsələləri üzrə naziri və Birləşmiş Krallığın şahzadəsi Çarlz Hendri abidə önünə çələng qoyub. Ancaq qəflətən şahzadənin əlindəki çələng parçalanıb.
Özünü itirməyən Çarlz türk əsgərin köməyi ilə parçalanan çələngi yerdən yığdıqdan sonra abidə önünə qoyub.
Mənbə
ANS PRESS