Cənubi Koreya şirkətinin işçi heyətinin sayı 300 min nəfəri ötüb

Cənubi Koreya şirkətinin işçi heyətinin sayı 300 min nəfəri ötüb
11:26 25 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin işçi heyətinin sayı durmadan artaraq ötən il ilk dəfə 300 min nəfəri ötüb.
 
“Business Korea” nəşrinin şirkətin bəyanatına istinadən verdiyi məlumata görə, 2014-cü ilin sonuna şirkətdə işçilərin ümumi sayı 319 min nəfərə çatıb. Bir il əvvəl bu göstərici 286 min nəfərə bərabər olub.
 
“Samsung Electronics”in yarandığı 1969-cu ildə şirkətdə 36 nəfər işləyib. 2004-cü ildə Cənubi Koreya istehsalçısının ştatı 100 min nəfəri ötüb, 2011-ci ildə 200 min nəfərədək artıb.
 
Qırx altı ildə şirkətin nizamnamə kapitalı 330 milyon dollar olub. Ötən ilin yekunları üzrə istehsalçının mədaxili 190 milyard dollar təşkil edib. Lakin satış həcmi 10 faiz, mənfəət 23,2 faiz azalıb. Şirkətin gəlirləri 2011-ci ildən ilk dəfə olaraq aşağı düşüb ki, bu da Çin və Hindistan rəqiblərinin fəallığı nəticəsində smartfonlara tələbatın azalması ilə əlaqədardır.
 
Lakin maliyyə tənəzzülünə baxmayaraq “Samsung” biznesini genişləndirməkdə davam edir. Belə ki, Cənubi Koreyada şirkət dəyəri 15,6 trilyon von (14,4 milyard dollar) təşkil edən yarımkeçiricilər zavodunun inşasına başlayıb. Zavodda minlərlə yeni iş yeri yaradılacaq və bu da öz növbəsində heyətin sayının artmasına səbəb olacaq. Hazırda şirkətin yerli müəssisələrində 90-100 min nəfər çalışır və onların sayı 2011-ci ildən dəyişmir, - "3DNews” yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36409-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR