Elcanın verilişi bağlandı

Aparıcı-aktyor Elcan Rəsulovun ARB kanalında yayımlanan "100/100" verilişi bağlanıb.Metbuat.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, proqramın yalnız iki bölümü efirə gedib.


Elcan layihənin dayandırılmasının səbəbini açıqlayıb. O bildirib ki, veriliş gözlənilən reytinqi verməyib:

"Həm də texniki tərəfdən istədiklərim olmadı. Təsəvvür edin 100 min manata qədər xərc çəkilmiş verilişə, hansı aparıcı durub deyər ki, bağlayaq və kanal rəhbərliyi bununla da çox rahat razılaşa. Gözlədiyimiz keyfiyyətdə deyilsə, dayandırmalıyıq. Verilişin bütün xərcləri kanala məxsus idi. Mən düşünürəm ki, peşəkar iş təqdim eləməlisən, ya da eləməməlisən. Format olaraq hər şey qaydasında idi, tamaşaçı gündəlik olaraq gəlirdi. Əslində inkişafa doğru gedən veriliş idi. Sadecə bizim kanallar o tipli verilişləri texniki tərəfdən təqdim etməyə hələ ki hazır deyillər.

Mənim aparıcılığımı tənqid edə bilməzlər. Çünki, tənqid etmək istəyən adamlar 7-8 il əvvəl mən Space TV-də veriliş aparanda mənim qonağım olub".

Qeyd edək ki, proqram sentyabrın 17-də efirə gedib. Onlar "100/100"ün həftə içi beş gün yayımlanacağını bildirmişdilər.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR