Los-Ancelesdə yaşayan bir qrup azərbaycanlı və türk aksiya keçirib

Los-Ancelesdə yaşayan bir qrup azərbaycanlı və türk aksiya keçirib
11:27 25 Aprel 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində yaşayan bir qrup azərbaycanlı və türk bir araya gələrək qondarma "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunmasına etiraz olaraq aksiya keçiriblər. Məlumatı "Report"a Amerikada təhsil alan azərbaycanlı tələbə, aksiyanın fəallarından olan Elşən Gülməmmədov verib.
Onun sözlərinə görə, aksiya "Turkish American Community" təşkilatçılığı ilə keçirilib.  
O bildirib ki, aksiyada Los-Ancelesdəki türk və azərbaycalı müəllimlər, tələbələr və ictimai fəallar iştirak ediblər. E.Gülməmmədovun sözlərinə görə, Los-Ancelesdə yaşayan ermənilər aksiyadan əvəvldən xəbər tutublar və təşkilatlanaraq aksiyanın keçirildiyi əraziyə gəliblər: "Ermənilərin sayı daha çox idi. Onlar bizə yumurta və digər əşyalar atdılar. Qarşıdurmadan sonra polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırdı". 






Xəbərin orijinal ünvanı: http://report.az/diaspor/los-ancelesde-yasayan-bir-qrup-turk-ve-azerbaycanli-aksiya-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR