"Bakıda qalmağa yerim yox idi, elə olurdu 20 gün çimə bilmirdim"

"Bakıda qalmağa yerim yox idi, elə olurdu 20 gün çimə bilmirdim"
11:27 25 Aprel 2015
122 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Müşfiq Şahverdiyev "Əslində mən" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yumor ustası həyatından, ağır günlərindən danışıb:

"1989-cu ildə atam dünyasını dəyişib. Anam atamın ikinci həyat yoldaşı idi. Anam çox əziyyət çəkib. Sonra özüm çalışdım. Yeddinci sinifdə oxuyanda restoranda mətbəxdə təmizlik işləri görürdüm. Sonra ofisiant işlədim. Dərsə gedə bilmirdim, işləyib ailəmi saxlayırdım. Universitetə daxil olmağım isə möcüzə idi. Bakıda qalmağa yerim yox idi. Bir dostumla kirayə qalmağa başladım. Yeməyə heç nəyimiz olmurdu. Tələbəliyimi çətin keçirmişəm.

Elə olurdu 20 gün çimə bilmirdim. Sonra yumorist kimi çalışdım, toylarda tamadalıq edirdim, bacımı və anamı yanıma gətirdim, Bakıda yaşayırdıq. Bir dostum var idi, 25 min dollar aldım, başqasına verdim. Qaytarmadılar, üstümdə qaldı. Anamın qızıllarını satıb yeyirdik. Axırda faizə pul götürdüm. Borc içində idim. Elə səviyyəyə gəlmişdim ki... Hər axşam evimizin yanında stadiona gedib, ağlayırdım".

M.Şahverdiyev "Maşın" şouda udduğu avtomobildən bəhs edib:

"Ən pis günümdə Murad Dadaşovdan zəng gəldi. Məni şousuna dəvət etdi. Sevindiyimdən bilmirdim neyləyim. Tək problemim o idi ki, geyinməyə paltarım yox idi. Bir dostum zəng etdi ki, şoferdən sənə 3 min dollar göndərirəm, nə istəyirsən et. Yarışmaya bir gün qalmışdı, dəhşətə gəlirdim ki, bu möcüzədir. Getdim avtomobili qazandım. Onunla yanaşı on minlik hədiyyələr verdilər. Maşını satıb, bütün borclarımı qaytardım. Həmin ili dövlət mənə ev verdi. Şouda olarkən atamın ilk həyat yoldaşından olan uşaqları ilə barışdıq. Böyük qardaşım mənə dəstək oldu. "My name is İntiqam" filmini çəkdim. İndi işlərim çox yaxşıdır. Ən böyük arzum qala gecə keçirtmək idi. Və mən Azərbaycanda yerli filmə qala keçirən ilk adam oldum". 

Aktyor "My name is İntiqam 2"nin çəkiləcəyini bildirib. Ekran işi Moldovada lentə alınacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR