Çökən yolun bərpasına sabahdan başlanacaq, dəymiş ziyanı tikinti şirkəti ödəyəcək

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsinin çökmə səbəbi orada tikinti işlərinin normalara uyğun aparılmaması və yolun dayanaqlığının öyrənilməməsidir.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, dəymiş ziyan tikinti şirkəti tərəfindən ödəniləcək: “Hazırda yola dəymiş ziyanla bağlı araşdırmalar aparılır. Artıq tikinti şirkəti ilə danışıqlar gedir, çox güman ki, yola dəymiş ziyan tam olaraq şirkət tərəfindən ödəniləcək”.

A.Nəcəfli qeyd edib ki, yolun bərpasına artıq sabahdan başlanılacaq.

Bir müddət əvvəl inşaat işlərini həyata keçirən şirkətin məsul əməkdaşı Nuran Həsənzadə Trend-ə deyib ki, binanın ətrafında tikilən istinad divarları lazımi vaxtda və düzgün şəkildə vurulub: “Yolun çökməsinin başlıca səbəbi yeraltı borulardan sızan sulardır. Hazırda ərazidə olan bütün işçi qüvvəsi problemi aradan qaldırmaq üçün əllərindən gələni edir”.

DİN yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məlumat yayıb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR