Tələbələr “Green Tech” MMC-nin istixanalarında tətbiq edilən müasir texnologiya ilə tanış olublar

11:33 25 Aprel 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 25 aprel, AZƏRTAC 
Prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Sərəncamından sonra tədbirlər planı hazırlanaraq həyata keçirilməkdədir. Tədbirlər planına uyğun olaraq aqrar sahədə kadrların hazırlanmasına xüsusi diqqət verilir. Bu da Azərbaycan Dövlət Aqrar Universitetinin dinamik inkişafı üçün zəmin yaradır.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, kadr hazırlığına uyğun olaraq aqronomluq fakültəsinin 47 tələbəsi Bakıda yerləşən “Green Tech” MMC-nin istixanaları ilə tanış olub.
Tələbələr istixanada yetişdirilən tərəvəz bitkilərinin becərilməsində tətbiq olunan müasir texnologiyanı öyrənərək nəzəri bilikləri ilə təcrübi vərdişlərini artırıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telebeler_Green_Tech_MMC_nin_istixanalarinda_tetbiq_edilen_muasir_texnologiya_ile_tanis_olublar-849702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR