Rauf Məmmədov: "Şəhriyara qarşı sadəcə bəxtim gətirdi"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində VII turun görüşləri başa çatıb. Synergy Group-un təşkil etdiyi yarışın hesabat turunda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun duelində heç-heçə qeydə alınıb.

Metbuat.az-ın məlumatına görə, partiyadan sonra Məmmədov bəxtinin gətirdiyini deyib:

"Şəhriyar güclü rəqibdir. Turnirin digər şahmatçıları kimi ona qarşı da oynamaq çətindir. Klassik şahmatda sonuncu dəfə 10 il əvvəl rəqib olmuşuq. O zaman Dubay turnirində qara fiqurlarla onunla heç-heçə oynamışdım. Etiraf edim ki, Şəhriyarı çox yaxşı tanıyıram. Məmmədyarov iki dəfə iddiaçılar turnirində iştirak edib. Hər ikisində onun komandasında yer almışam.

Bu dəfə etiraf edim ki, bəxtim gətirdi. Şəhriyar çox yaxşı başladı. Debütdən sonra vəziyyətim pisləşdi. Şəhriyar Azərbaycan yığmasının lideridir. Sözsüz yaxın dostumdur. Bununla belə böyük çətinliklə vəziyyətdən çıxdım. Heç-heçə yaxşı nəticədir. Çünki, qaralarla oynayırdım.

Turnirin son günü doğum günüm olacaq. Həmin gün isə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacam. Görək necə olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR