Hamilə qadınlar diqqətli olsunlar

Hamilə qadınlar diqqətli olsunlar
10:37 25 Aprel 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

Hamilə qadınlarda vaxtından əvvəl baş verən doğuş (tam 37-ci həftəyədək olan doğuş) qeysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş deyil. Bu əməliyyat klinik göstərişlərə görə yalnız seçim metodudur.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə hər 100 doğuşa 5-18 arasında tərəddüd edir. Ümumdünya Səhiyyə Təşkilatının 2010-cu il üzrə məlumatlarına əsasən, Azərbaycanda vaxtından əvvəl doğuşların göstəricisi hər 100 doğuşa 8,5 təşkil edir.

Hamiləliyin 22-27 həftəsində 10%-ə yaxın uşaq doğulur ki, bu halda perinatal xəstələnmənin və ölümün göstəriciləri son dərəcə yüksək olur. Hamilələyin 28-33 həftəsində 20%-ə yaxın uşaq, 34-37 həftəsində 70%-ə yaxın uşaq doğulur. Daha erkən müddətdə doğulanlar ilə müqayisədə 34-37 həftəsində doğulanlar arasında yenidoğulmuşların infeksion xəstələnmələri əhəmiyyətli dərəcədə azdır. Hamiləliyin uzadılması bu müddətdə perinatal ölüm göstəricisinə əhəmiyyətli təsir göstərmir.

Erkən neonatal ölümlərin 60-70%-i, nevroloji xəstəliklərin, o cümlədən, uşaq serebral iflicinin, görmə qabiliyyəti pozulmalarının (korluq daxil olmaqla), eşitmə qabiliyyəti pozulmalarının (karlıq daxil olmaqla), ağciyərlərin ağır xronik xəstəliklərin 50%-i vaxtından əvvəl doğulmuşların payına düşür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/336551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR