"Yaşamaq mümkün deyil" - 10 evə ziyan vuran sürüşmənin GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO

"Yaşamaq mümkün deyil" - 10 evə ziyan vuran sürüşmənin GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO
21:17 17 Oktyabr 2018
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürüşmə qorxusu Şamaxının Aşıqməmmədağa küçəsinin sakinlərini evlərindən didərgin salıb. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, son yağışlardan sonra aktivləşən torpaq sürüşməsi nəticəsində 10-a yaxın evə ciddi ziyan dəyib. 

Bəzi evlərdə yaşamaq artıq mümkün deyil. Torpaq kütləsi evlərə doğru hərəkət edir. Divarlar ortadan çat verir.

Sakinlər son yağışlar nəticəsində sürüşmənin miqyasının hər gün bir az daha böyüdüyünü deyirlər.

Rahim Babayev - Sakin: "Evə gündüz gəlib baxırıq, axşamlar gedib hərəmiz birinin evində qalırıq. Yatmaq mümkün deyil evdə. Qorxudan qalmaq mümkün deyil. Evdə hər gün beş-on santimetr sürüşmə artır". 

Akif İbadov - Sakin: "Bax, pilləkəndi uçub, evin içinə girir çatlar. Hasar da yavaş-yavaş aralanıb gedir. Günü-gündən də artır".

Təhlükə təkcə evlərdəki çatlarla yekunlaşmır. Sözügedən ərazidə üç evin daş hasarı uçub, həyətyanı sahələrdə yarğanlar gündən-gündən genişlənir.

Gülnaz Şahvuzarova - Sakin: "Hasarlar uçub gedir, həyətmizdə olan tiklilər uçub gedir. Qabaqdakı evlər torpağın altında qalır, yuxardakı evlər də sürüşüb gəlir aşağı. Sürüşmə ağacları kökündən çıxarıb. Bu dəqiqə bizim evə girin, görəcəksiz ki, ev tərpənir, çökür".

Sürüşmə nəticəsində artıq 4 ailə evlərini tərk edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/695564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR