Bakı, 25 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Sərəncamından sonra tədbirlər planı hazırlanaraq həyata keçirilməkdədir. Tədbirlər planına uyğun olaraq aqrar sahədə kadrların hazırlanmasına xüsusi diqqət verilir. Bu da Azərbaycan Dövlət Aqrar Universitetinin dinamik inkişafı üçün zəmin yaradır.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, kadr hazırlığına uyğun olaraq aqronomluq fakültəsinin 47 tələbəsi Bakıda yerləşən “Green Tech” MMC-nin istixanaları ilə tanış olub.
Tələbələr istixanada yetişdirilən tərəvəz bitkilərinin becərilməsində tətbiq olunan müasir texnologiyanı öyrənərək nəzəri bilikləri ilə təcrübi vərdişlərini artırıblar.



