İŞİD: "Futbol aormaları haramdı"

İŞİD: "Futbol aormaları haramdı"
11:42 25 Aprel 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması qan donduran edamları ilə yanaşı, onlara itaət edənlərə xüsusi qayda və qanunlar tətbiq etməsi ilə də dünya gündəmindən düşmür. Fanat.az xəbər verir ki, İŞİD terror qruplaşması futbol komandalarına aid formaları geyinməyi haram olaraq qəbul etdiyini açıqlayıb. 


İŞİD-çilərin idman sahəsində tətbiq etdiyi bu qadağa sosial şəbəkə və xəbər portalları oxuyucuları tərəfindən gülüşlə qarşılanıb. Terror təşkilatı Suriya və İraqda onlara qarşı qurulan koalisiyaya yardım etməsi səbəbilə “Nike” firmasının sponsor olduğu dörd komandanın formasını qadağan elan edib. Bu komandalar “Mançester Yunayted”, “Barselona”, “Real” və “Milan” klublarıdı. 


İŞİD silahlıları bu formaların geyinilməsini haram olaraq qəbul edib və əgər bu qadağaya əməl etməyən olsa, 80 qamçı ilə cəzalandıracaqlarını bildiriblər.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-d-quotfutbol-aormalar-haramdquot-t40252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR