Bakıda məşhur otelində baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə hadisə “Trump tower” otelinə məxsus yeni tikilinin zirzəmisində qeydə alınıb.
Tikilməkdə olan binanın zirzəmisində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın mürəkkəb çağırışlı yanğın kimi qiymətləndirilir.


ANS PRESS