Qətlə yetirilən bank müdiri xalq yazıçısının nəticəsi imiş

Qətlə yetirilən bank müdiri xalq yazıçısının nəticəsi imiş
10:47 25 Aprel 2015
335 Digər
Ölkə mətbuatı
A- A+

Qətlə yetirilən bank müdiri xalq yazıçısının nəticəsidir
Milli.Az xəbər verir ki, sumqayitxeber.com-a daxil olan məlumata görə “Avropa” otelində qətlə yetirilən “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədov xalq yazıçısı Süleyman Rəhimovun nəticəsidir.

Qeyd edək ki, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində dünyasını dəyişib, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

“Zaminbank”ın Nəsimi rayon filialının müdiri olmuş A.Məmmədov məşq edən zaman S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/336553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR