Tullantılarda gözəllik yaradır - FOTO

Tullantılarda gözəllik yaradır - FOTO
11:52 25 Aprel 2015
450 Maraqlı
Ölkə mətbuatı
A- A+

İxtisasca tibb bacısı olan Biləsuvar rayon sakini maraqlı dekorativ tətbiqi sənət nümünələri hazırlayır. Bunlar arasında tullantılardan hazırlanan əl işləri də var.
 
Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, Biləsuvar rayon sakini Səbinə Zeynalova bu işlə orta məktəbdə oxuduğu vaxtlardan məşğul olur. Tullantı kağızları və parçaları toplayaraq onlardan dekorativ nümunələr yaradır. Sonradan tibb bacısı peşəsinə yiyələnməsi də onu bu məşğuliyyətindən uzaqlaşdırmayıb. Əksinə, bu sahəni daha da inkişaf etdirib. Bəzək əşyaları və dekorativ fiqurların hazırlanmasında plastilin, parça və müxtəlif tullantılardan istifadə edən sujetimizin qəhrəmanının kolleksiyasında qurudulmuş bitkilərdən hazırlanmış əl işləri də var. O, bununla bitkilərin ömrünü daha çox uzatmaq istədiyini deyir.
  
Səbinə deyir ki, bütün bu əl işlərini hazırlamasnda ona peşəkar toxucu olması daha çox kömək edib. Çünki hazırladığı əksər gül və naxış nümünələrini bir vaxtlar rəngli ilmələrlə paltarlar üzərində toxuyub.
  
Səbinənin əl işləri arasında ən gec və ağır zəhmət hesabına ərsəyə gələnləri isə karandaşın yonulmuş tullantılarından hazırladığı güllərdir. İlk baxışdan sadə görünsə də, bunun hazırlanmasına nə az nə çox, düz 8 ay vaxt sərf edilib. Hazırda yaz fəsli olduğu üçün daha çox rəngarəng bitkiləri toplayan Səbinə Zeynalova payız fəslində qurudulmuş bitkilərdən hazırladığı böyük təbiət kompozisiyası üzərində işləyir.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR