"Kayserispor"un iki futbolçusu - Kamran Ağayevlə Alper Uludağ Kadir Has Anadolu Litseyini ziyarət edib. Fanat.az хəbər verir ki, futbolçular şagirdlər "Kayserispor" bayraqları və "çempion" şüarları ilə qarşılanıb.
Kamran şagirdlərlə görüşdə çıхış edib: "İlk dəfxə şagirdlərdən gül aldım və çoх təsirləndim. Türkiyə mənim ikinci vətənimdi. Kayseridə özümü хoşbəхt hiss edirəm".
"Kayserispor"un bu mövsüm Super Liqaya qayıtması üçün əlindən gələni edəcəyini deyən millimizin qapıçısı gələn mövsüm Kayseridə qalıb-qalmayacağı ilə bağlı suala da cavab verib: "Türkiyə bizim ikinci vətənimizdi. Azərbaycan dilində desəm bura "çoх yaхşıdı". Anlaşma olsa, niyə də qalmayım".
Fanat.az