Ollandın səfəri başa çatdı

Ollandın səfəri başa çatdı
11:01 25 Aprel 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransa Respublikasının prezidenti Fransua Ollandın Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

ANS PRESS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransa Respublikasının prezidenti Fransua Ollandı hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər yola salıblar.

Qeyd edək ki, Fransa Respublikasının prezidenti Fransua Ollandın Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 24-də başlamışdı.

Fransa prezidentinin səfəri çərçivəsində prezident İlham Əliyevlə görüş baş tutub. bununla yanaşı, iki ölkə arasında Niyyət Protokolu imzalanıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=340382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR