VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

12:02 25 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə baş tutacaq.
Müxtəlif ölkələrdən dünya şöhrətli musiqiçilərin və kollektivlərin iştirak edəcəyi festivalın açılış mərasimi mayın 17-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə olacaq. Bədii rəhbər və baş dirijor xalq artisti Rauf Abdullayevdir. Festivalın ilk günündə alman bəstəkarı Karl Orfun “Karmina Burana” səhnə kantatası ifa ediləcək.
Festival çərçivəsində, mayın 23 və 24-də Heydər Əliyev Sarayında Rikkardo Mutinin dirijorluğu ilə Luici Kerubini Orkestrinin geniş konsert proqramı olacaq.


Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/viii-beynelxalq-rostropovic-festivali-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR