Genetika mühəndisliyi:

Genetika mühəndisliyi günümüzdə və gələcəkdə bir çox yeni peşələrin yaranmasına səbəb olacaq. Bu, ilk növbədə tibb sahəsi, xüsusən cərrahiyyə ilə bağlıdır.

Metbuat.az BBC-yə istinadla xəbər verir ki, anadangəlmə “Hunter” sindromundan əziyyət çəkən ABŞ-ın Arizona ştatının sakini, 44 yaşındakı Brayan Madeuksun qaraciyərində qüsurlu genlərin molekulyar bərpası prosesi genetika mühəndisliyinin tibbə tətbiqinin ilk nümunəsi olub.

Mütəxəssislər bildirirlər ki, artıq elmi laboratoriyalarla yanaşı, xəstəxanalarda da genlərin qaydaya salınması ilə məşğul olacaqlar. Məhz bu kontekstdə genetika mühəndisliyi ixtisasına daha çox tələbat olacaq. Artıq ABŞ-da və Britaniyada bu sahədə 18 min yeni iş yerləri yaradılır.

Amerika Genetika və Hüceyrə Terapiyası Assosiasiyasının sədri, Stanford Universitetinin professoru Mişel Kalos bildirib ki, tezliklə dünyanın bir çox ölkələrində genetika mühəndislərinə kəskin ehtiyac olacaq. Onun sözlərinə görə, genetik terapiya sənayesinin tibb, molekulyar biologiya, virologiya, biomühəndislik sahələrində məzun olmuş gənclərə ehtiyacı var.

Genetik terapiya sayəsində kistik fibroz, hemofiliya kimi müalicəsi olmayan xəstəliklərin də DNT quruluşunun dəyişdirilməsi vasitəsilə müalicə edilə biləcəyi mümkün olacaq. Bu sahədə iri farmakologiya şirkətləri də yeni layihələr hazırlayacaq. Ən başlıcası, genetika mühəndisliyinin bazasında yeni ixtisaslar və əlavə iş yerləri yaradılacaq.

Londondakı Frensis Krik İnstitutunun tədqiqatçısı Güneş Teylorun sözlərinə görə, genetik terapiyanın həyata keçirilməsi üçün molekulyar biologiya mütəxəssisləri, mühəndislər və kompüter proqramçılarına da yüksək əməkhaqqı verilən yeni iş yerləri açılacaq. Onun sözlərinə görə, xəstə və fiziki cəhətdən qüsurlu insanlarda DNT zəncirinin parçalanması, yeni genlərin yerləşdirilməsi əməliyyatında müxtəlif ixtisaslara malik olan mütəxəssislərdən ibarət qrup iştirak edəcək.

Ekspertlərin qənaətinə görə, dünyanın ən sürətlə inkişaf edən 20 peşəsindən birinə çevrilən genetika mühəndisliyi sayəsində əqli və fiziki qüsurlu körpələrin dünyaya gəlməsinin də qarşısı alına bilər. Belə ki, bunun üçün ixtisaslı mütəxəssislərdən ibarət qruplar gənc ailələrin konsultasiyası ilə məşğul olacaqlar.

Hava ilə bağlı ŞAD XƏBƏR - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR