Bakıda asfalt örtüyünün çökdüyü ərazidəki ağaclar qəzalı vəziyyətə düşüb

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində oktyabrın 17-də asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Baxış zamanı 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş sahə torpaqla doldurulub.

Hava ilə bağlı ŞAD XƏBƏR - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR