"O günləri yaşayanda, heç kim mənimlə maraqlanmadı"

"Bir neçə filmlərə dəvət olunsam da, çəkilməkdən imtina etmişəm. Çünki, yetərincə vaxtım olmayıb. Bu il isə bol-bol zamanım var. Təklif olunan ssenari xoşuma gəlsə, razılıq verəcəm. Mənim üçün rolun böyüyü və kiçiyi yoxdur. Əsas odur ki, yadda qalan işdə yer alım".Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Firəngiz Mütəllimova deyib. Aktrisa Türkiyədə filmlərə və seriallara çəkilməyə can atan həmkarlarından söz açıb:


"İndi gənclərimizin ora gedib hansısa bir işdə ner alması sevindiricidir. Bu yaxınlarda Kənan M.M.-i gördüm və çox sevindim. Türkiyədə əhalinin sayı çoxdur. Həm də orada aktyorlara yüksək qonorar verirlər. Orada aktyor kimi hər hansı bir serialda rol alsan, bütün sülalən kasıbçılıqdan xilas olur".

Mütəllimova özü kimi aktrisalıq edən bacısı qızı Gülarədən danışıb. O bildirib ki, Gülarəni sənətdəki davamçısı kimi görür.

Bir müddət əvvəl səhhətində problem olan aktrisa hazırda hər şeyin yaxşı olduğunu söyləyib:

"2013-cü ildə beyin əməliyyatı olmuşam. Həkim bir ildən sonra dedi ki, hər şey qaydasındadır, unut getsin. Düzdür, başımda çapıx izi qalıb, hər saçımı darayanda görürəm (gülür). Bilmirəm nədəndir, bu barədə indi yazırlar. Amma o günləri yaşayanda, heç kim maraqlanıb bu barədə yazmırdı".

Hava ilə bağlı ŞAD XƏBƏR - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR