AZAKA-dan Şuranın dəstəyi ilə gənc QHT-çilər üçün maraqlı təlim

“Antikorrupsiya Araşdırmalar Mərkəzi” İctimai Birliyi və Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlığın artırılması üçün onların bilik və bacarıqlarının inikişafı məqsədilə təlimlərin keşirilməsi” – layihəsi çərçivəsində təlimləri yekunlaşdırıb.

Bu barədə Metbuat.az-a AZAKA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, təlim iştirakçıları 15 gün ərzində interaktiv formatda peşəkar təlimçilər təfindən keçirilən təlmlərdə iştirak ediblər. İştirakçılar, “Vətəndaş cəmiyyətində dövlətin rolu”, “Vətəndaş cəmiyyətinin inkişafında şəffaflığın rolu”, “İctimai problemlərin müəyyənləşməsi və onların həllinə dair yeni yanaşmalar” və digər mövzular barədə geniş müzakirələrdə iştirak edib, nəzəri və təcrübi biliklərə nail olublar. Bundan başqa layihələrin hazırlanması, monitorinqi, qiymətləndirmə metodları, elektron hökumətin və rəqəmsal həllərin cəmiyyətin inkişafındakı rolu ilə bağlı praktik təlimlərə qatılan iştirakçıların əldə olunan bilikləri tətbiq etmə qabiliyyəti yoxlanılıb və verilən qrup işləri uğurla tətbiq edilib.

Təlim prosesində iştirakçılar vətəndaş cəmiyyətinin prinsipləri, struktur elementləri və QHT-lərin bu cəmiyyətdə roluna dair fikir müzakirələrində fəal iştirak ediblər, maraqlı qrup işləri, təqdimatlar nümayiş olunub.

Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR